Temperatur düşəcək

Xəbərlər

26.11.2023 - 20:41

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-9° aşağı enəcək

Bakıda və Abşeron yarımadasında Noyabrın 27-si gündüzdən 28-i səhərdək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AYN-ya verilən məlumata görə, noyabrın 28-də arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 6-9° aşağı enəcək. Rayonlarda noyabrın 27-si gündüz şimal və qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərzisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş