"Telegram" Rusiyada bloklanacaq, amma...

Dünya

23.12.2025 - 20:08

“Tamhüquqlu alternativ olmadan bloklama olmayacaq"

Rusiyada "Telegram" messencerinin bloklanması məsələsi yenidən gündəmə gəlib.  AYNA.AZ rus mediasına istinadən bildirir ki, Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarskinin sözlərinə görə, bütün əhəmiyyətli kanallar milli messencer olan “Max” platformasına köçürülənə qədər "Telegram"ın bloklanması qeyri-mümkündür: “Tamhüquqlu alternativ olmadan bloklama olmayacaq. "Telegram"a girişin kəskin məhdudlaşdırılması həm auditoriyanın, həm də kontent yaradıcılarının maraqlarına zərbə vura bilər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş