Teledərslərin sabaha olan cədvəli açıqlanıb

Xəbərlər

26.05.2020 - 16:05

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 27-si üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Xatırladaq ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Müəllif: Ayna.az