Tələbələrin köçürülməsinə başlanılıb

Xəbərlər

15.07.2025 - 13:43

Elektron müraciətlərin qəbulu iyulun 22-si saat 18:00-da başa çatacaq

Bu gündən 2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi başlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, elektron müraciətlərin qəbulu iyulun 22-si saat 18:00-da başa çatacaq.

Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr “portal.edu.az” internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş