Tələbələr üçün Prezident təqaüdünün məbləği artırılıb

Xəbərlər

24.07.2025 - 14:52

Həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.

AYNA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş