Təhsil Nazirliyində qəbul bu vaxtadək dayandırılıb

Xəbərlər

05.05.2020 - 16:20

cedabet Klinikalar SEO Xidməti

Müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq

 

Koronavirusun ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il mayın 31-dək fəaliyyətini dayandırıb.

 

Nazirlikdən AYNA-ya ya verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

 

Nazirlik rəsmi məlumatları qurumun internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləməyi tövsiyə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş