Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 1-dək dayandırıb

Xəbərlər

29.10.2020 - 13:06

cedabet dərman SEO Xidməti

Bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq

 

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi dekabrın 1-dək fəaliyyətini dayandırır.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən xəbərdə bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş