“Bəzi valideynlər koronavirusa yoluxsalar da, uşaqlarını məktəblərə yollayırdılar”
“Əgər şagirdlərdə hərarət, narahatlıq varsa, valideyn məktəbə iltizam vərəqəsi verməlidirlər”.
AYNA xəbər verir ki, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
Onun sözlərinə görə, ötən il bəzi valideynlər koronavirusa yoluxsalar da, uşaqlarını məktəblərə yollayırdılar: “Buradan valideynlərə səslənirəm ki, qaydalara riayət etsinlər”.