Təhsil nazirinə yeni səlahiyyətlər verilib - <font color=red> FƏRMAN</font>

Xəbərlər

04.09.2020 - 16:39

cedabet dərman SEO Xidməti

Prezident İlham Əliyev müvafiq fərman imzalayıb

 

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib. AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

 

Əsasnamənin beşinci maddəsi yeni redaksiyada verilib. Fərmana əsasən, nazirliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

 

Bu vaxta qədər isə nazirliyin saxlanılması xərcləri Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilirdi.

 

Fərmanla Əsasnaməyə 13.4-1-ci və 13.4-2-ci bəndlər əlavə edilib.

 

Bununla da, Təhsil nazirinə nazirliyə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər vermək səlahiyyəti də həvalə olunub.

 

Həmçinin nazir, dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək.

 

Ayrılan vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş