Tehran ABŞ-ın atəşkəs təklifinə cavab hazırlayıb

Dünya

06.04.2026 - 19:56

"Maraqlarımıza əsaslanaraq, biz tələblərin siyahısını tərtib etmişik”

“İran hakimiyyəti ABŞ-ın atəşkəs təklifinə cavab hazırlayıb. Tehran lazım olduqda cavabı elan edəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqayi deyib.

"Müzakirələrin başlanğıcından bəri cavab hazırlamışıq. Lazım olduqda sizə məlumat verəcəyik", - deyə IRNA-ya bildirib.

Beqayi xatırladıb ki, bir neçə gün əvvəl ABŞ vasitəçilərlə İrana 15 maddəlik atəşkəs planı çatdırıb. İran hakimiyyəti daha sonra planı məntiqsiz və qəbuledilməz adlandırıb.

O İranın cavabına toxunaraq deyib: "Maraqlarımıza əsaslanaraq, biz tələblərin siyahısını tərtib etmişik və bu tələbləri irəli sürmüşük və davam edirik".

XİN sözçüsü həmçinin ABŞ-ın İranın mülki infrastrukturuna zərbə endirməklə bağlı təhdidlərini “müharibə cinayəti” adlandırıb. O əlavə edib ki, “ABŞ-ın bu hədəflərə zərbə endirməsinə kömək edən hər hansı bir ölkə məsuliyyət daşıyacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş