Təhlükəsizlik kəməri taxmayan sürücülər məsuliyyətə cəlb edilib

Xəbərlər

10.06.2021 - 15:36

Salyanda Dövlət Yol Polisi bölməsinin əməkdaşları profilaktik tədbirlər keçiriblər

 

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirlərini davam etdirir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.

 

Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri baş verən yol nəqliyyat hadisəsi zamanı sürücünün sağlamlığının qorunmasında böyük rol oynayır və hər bir sürücü sağlamlığına biganə qalmayaraq mütləq qaydada təhlükəsizlik kəmərindən istifadə etməlidir.

 

Keçirilən tədbirlər zamanı qayda pozuntusuna yol verən sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Müəllif: Ayna.az