TƏBİB: Yeganə yol karantindir

Xəbərlər

10.07.2020 - 17:23

Yaqut Qarayeva: “Kimsə rayondan Bakıya gələrkən və ya buradan gedərkən başqalarını yoluxdura bilər”

 

“Rayonlara gedə bilməklə bağlı müraciətlər çox olur. Hansısa şərtlər əsasında icazə istəyirlər. Lakin hər hansı şəxs özünü sağlam hiss edib Bakıya gələrkən və ya burdan gedərkən kimisə yoluxdura bilər. Tarix boyu epidemiyalara qarşı ilk silah karantin rejiminin tətbiqidir”.

 

AYNA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib. Bildirib ki, epidemioloji vəziyyət nəzərə alınaraq, bu gün kimsəni riskə atmamaq üçün bu istiqamətdə qərar verilə bilməz.

 

“Azərbaycanın bütün bölgələrində çalışan tibb işçiləri arasında yoluxmalar da var. Ölkəyə gələn həkimlər də bu işdə bizim tibb işçilərimizə xüsusi dəstək olacaq”, - TƏBİB rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az