TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

Cəmiyyət

17.04.2020 - 22:47

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində indiyə qədər 86 607 test aparılıb

 

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 17-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 858 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 86 607 test aparılıb.

 

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 340 yoluxma aşkarlanıb. Onlardan 528-i sağalıb, 15-ü ölüb. Hazırda aktiv xəstələrin sayı 797-dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş