TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

Cəmiyyət

14.04.2020 - 23:06

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində indiyə qədər 71 736 test aparılıb

 

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 14-nə olan statistik göstəriciləri açıqlayıb.

 

AYNA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 106 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 71 736 test aparılıb.

 

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 197 yoluxma aşkarlanıb. Onlardan 351-i sağalıb, 13-ü ölüb. Hazırda aktiv xəstə sayı 833-dür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş