Tbilisidə ağır yol qəzası: azərbaycanlı ailənin dörd üzvü ölüb

Hadisə

16.08.2020 - 22:48

Həkimlər Klinikalar SEO Xidməti

Məmmədovlar ailəsi toydan qayıdarkən qəzaya düşüb

 

Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra isə piyadaları vurub.

 

Hadisə nəticəsində 25 yaşlı qadın və onun dörd yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan dörd nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri yeddi yaşlı uşaq olub.

 

Ölən və xəsarət alanlar Məmmədovlar ailəsinin üzvləridir. Onlar toydan qayıdarkən qəzaya düşüblər. 

 

Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir. Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş