Binanın 17-ci mərtəbəsində 5 ədəd elektrik sayğacı və 3 ədəd elektrik açarı yanıb
Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının on yeddinci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd elektrik sayğacı və 3 ədəd elektrik açarı yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.