Tayland Kamboca sərhədində hərbi əməliyyatları davam etdirəcək

Dünya

13.12.2025 - 13:22

"Tayland torpaqlarımıza və xalqımıza qarşı heç bir təhlükənin qalmadığını hiss edənə qədər hərbi əməliyyatları davam etdirəcək”

Tayland Kamboca sərhədində hərbi əməliyyatları davam etdirəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Anuthin Çanvirakoon bildirib.

O yazıb: "Tayland torpaqlarımıza və xalqımıza qarşı heç bir təhlükənin qalmadığını hiss edənə qədər hərbi əməliyyatları davam etdirəcək. Bunu aydınlaşdırmaq istəyirəm".

Tayland və Kambocanın sərhəd bölgələrində hərbi əməliyyatların artması ötən həftə sonu baş verib və davam edir.

8 dekabrda Tayland Kambocanı Buriram əyalətindəki mülki ərazilərə hücum etməkdə ittiham edib. Bir müddət əvvəl Tayland və Kamboca sərhəd bölgəsində hava hücumları mübadiləsi aparıblar. Hadisə Taylandın Anuponq hava bazasına edilən hücumdan sonra baş verib və hər iki ölkənin ordusuna ziyan dəyib. Buna cavab olaraq Tayland F-16 qırıcı təyyarələrini yerləşdirib və onlar Çonq An Ma ərazisində Kamboca artilleriyasına zərbələr endiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş