“Kamboca Tayland xalqının suverenliyini və təhlükəsizliyini təhdid edən hərəkətləri dayandırana qədər əməliyyatlar davam edəcək”
Tayland döyüş təyyarələri raket və artilleriya zərbələrinin intensivləşməsi fonunda sərhəd bölgələrində Kamboca qoşun mövqelərinə bombardman reydlərini gücləndirəcək. AYNA.AZ “İnterfaks”a istinadən bildirir ki, bu barədə Tayland Kral Hərbi Hava Qüvvələrinin sözçüsü Jakkrit Tamviçay brifinqdə deyib.
O ölkənin hava qüvvələrinin vəziyyətin dəyişməsinə uyğun olaraq hava hücumlarını gücləndirəcəyini bildirib. Tamviçay qeyd edib ki, “Kamboca Tayland xalqının suverenliyini və təhlükəsizliyini təhdid edən hərəkətləri dayandırana qədər əməliyyatlar davam edəcək”.
O həmçinin bildirib ki, Tayland Hərbi Hava Qüvvələri Kamboca qüvvələrini krallığı təhdid etməyə imkan verən mövqelərdən çıxarmaq üçün “Tayland ordusu və donanmasının quru əməliyyatlarını dəstəkləməyə davam edəcək”.