Tank bölmələrində yarış keçirilib

Xəbərlər

23.04.2024 - 18:26

Tapşırıqlar üzrə normativlər qəbul edilib

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, yarışda bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib.

“Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az