Tanınmış jurnalist vəfat etdi

Cəmiyyət

01.03.2020 - 22:28

Həkimlər Klinikalar SEO Xidməti

Hidayət Zeynalov dövrünün ən nüfuzlu jurnalist mükafatı sayılan "Qızıl qələm" mükafatına layiq görülüb

 

Əməkdar jurnalist Hidayət Zeynalov vəfat edib. AYNA-nın məlumatına görə,  Hidayət  Əkbər oğlu Zeynalov 1926-cı ildə Qazaxda doğulub. Bakı darülfünunun fars dili və ədəbiyyatı fakültəsini bitirsə də ömrünü, taleyini jurnalistikaya bağlayıb.

 

O, 40 ildən artıq "Kommunist" qəzetində çalışıb. Ştatdankənar müxbirlikdən başlayaraq şöbə müdiri vəzifəsinə qədər yüksəlib.  Müasirləri onu həm də gözəl oçerklərin, xüsusən də Azərbaycanda çox az yazılan təbiət oçerklərinin müəllifi kimi tanıyıblar. Oçerkləri dəfələrlə kitab halında nəşr olunub. Yazdığı yazılar uzun illər örnək kimi Azərbaycn Dövlət Universitetinin jurnalistika fakültəsində tədris edilib.

 

Hidayət Zeynalov dövrünün ən nüfuzlu jurnalist mükafatı sayılan "Qızıl qələm" mükafatına layiq görülüb. Respublikanın Əməkdar jurnalisti olub.

 

Həyat yoldaşı Məryəmxanım Həsənzadə ilə çiyin-çiyinə eyni redaksiyada milli mətbuatın inkişafına xidmət ediblər. Hidayət Zeynalovun ailəsi o zaman keçmiş SSRİ-də bəlkə də yeganə ailə idi ki, burada hər kəs ixtisasca jurnalist idi. Oğlanları Araz və Aqşin Zeynalovlar, gəlinləri Afaq Vasifqızı və Rəbiyə Şıxəliyeva çağdaş mətbuatda tanınan imzalardır.

 

Hidayət Zeynalov yazıçı Elxan Qaraqanın və reper Orxan Zeynallının babasıdır.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş