Cavid Paşayev bu gün evə buraxılacaq
“Hamımızın tanıdığı Cavid Paşayev ən ağır xəstələrin müalicəsi zamanı koronavirusa yoluxmuşdu”. AYNA xəbər verir ki, bu sözləri TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Qarayeva bildirib ki, bu gün onun müalicəsi artıq bitib. Həkim evinə yola salınacaq.
“Bu, çox sevindirici xəbərdir. Həm Cavid həkimin, həm də başqa tibb işçilərinin müalicəsində bizə göstərdiyi qayğıya görə Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”, - deyə TƏBİB rəsmisi vurğulayıb.