Hərəkatın Əfqanıstanda ələ keçirdiyi əyalət mərkəzləri və şəhərlərin sayı 11-ə çatıb
“Taliban” hərəkatı ötən gecə qədim Herat şəhərini də ələ keçirib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bununla da “Taliban” son bir həftədə Əfqanıstanda ələ keçirdikləri əyalət mərkəzləri və şəhərlərin sayı 11-ə çatıb.
Hökumət qüvvələri Heratdan çıxarkən xeyli miqdarda silah-sursat, hərbi nəqliyyat vasitələri qoyaraq geri çəkilməyə məcbur olublar.
“Biz Heratda dağıntıların qarşısını almaq üçün bu qədim şəhəri tərk etməyə məcbur olduq”, - deyə hökumət qüvvələrinin komandiri söyləyib.