“Taliban” 12 nəfərdən ibarət şura yaratmaq niyyətindədir

Dünya

24.08.2021 - 10:48

Həkimlər Klinikalar SEO Xidməti

Hərəkat rəhbərliyi Əfqanıstanı şura vasitəsilə idarə etmək istəyir

 

“Taliban” hərəkatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət şura formalaşdırmaq niyyətindədir. AYNA xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı hərəkatın liderlərinə yaxın mənbələrə istinadla məlumat yayıb.

 

Jurnal qeyd edir ki, “Taliban”ın siyasi qanadının lideri Əbdül Qani Bəradar, hərəkatın hərbi komissiyasının rəhbəri Moulavi Yaqub və “Hakkani şəbəkəsi” diversiya qrupunun başçısı Siracuddin Hakkani şurada ən nüfuzlu üç şəxs olmalıdır.

 

““Taliban” Əfqanıstanda Prezident postunu, yaxud hər hansı təkbaşına lider vəzifəsini bərpa etmək istəmir. Bununla yanaşı, ABŞ tərəfindən dəstəklənən əvvəlki hökumətin bir neçə üzvünə yeni kabinetdə nazir postları təklif oluna bilər. Beləliklə, “Taliban” beynəlxalq ictimaiyyət tərəfindən tanınmaq şansını artırmaq üçün mümkün qədər çox inklüziv görünən hökumət qurmaq istəyir”, - deyə jurnalın məlumatında qeyd edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş