İyunun 1-dən indiyədək “Dostıq” dövlətlərarası kanalı ilə 488,6 milyon kubmetr su ötürülüb
Tacikistan Qazaxıstana əkin sahələrinin suvarılması üçün təxminən 500 milyon kubmetr su göndərib. AYNA qazax mediasına istinadən bildirir ki, bu barədə Qazaxıstanın Su Təsərrüfatı və Suvarma Nazirliyi məlumat yayıb.
İyunun 1-dən indiyədək “Dostıq” dövlətlərarası kanalı ilə 488,6 milyon kubmetr su ötürülüb. 2024-cü ildə bu rəqəm keçən ilki 40 milyon kubmetri ötüb.
Avqustun 19-da Qazaxıstan Respublikasının Çinlə iki ölkə arasında transsərhəd suların bölünməsinə dair saziş layihəsinin hazırlanması barədə məlumat yayılıb. Sazişin əsas məqsədi Qazaxıstan ərazisində Balxaş gölünü optimal səviyyədə qorumaqdır.
“İlin əvvəlindən gölə 12 milyard kubmetrdən çox su axıdılıb”, - deyə idarənin nümayəndəsi Moldir Abduəliyev bildirib.