Bu dəfə 38 ailə olmaqla, 136 nəfər Şuşa sakini öz yurduna qovuşub
Bu gün Bakı şəhərinin Qaradağ rayonundan növbəti köç karvanı Şuşaya göndərilib. AYNA xəbər verir ki, bu dəfə 38 ailə olmaqla, 136 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Bununla da Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin məskunlaşması təmin edilib.