Şuşada yeni məktəbin tikintisinə başlanılıb

Xəbərlər

09.12.2021 - 12:51

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "Yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir"

Şuşa 1 nömrəli məktəbin layihələndirmə prosesi başa çatıb, tikintisinə başlanmaq üzrədir. AYNA xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib. 

Nazir qeyd edib ki, tikinti prosesinin gələn ilin sonuna qədər başa çatacağı gözlənilir: "Eyni zamanda, Ağdam və Cəbrayılda məktəblərin layihələndirmə prosesinə başlanılıb. Yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir".

Nazir deyib ki, bunlar çox ciddi və böyük prosesdir: "Həmin bölgələrdə tikiləcək məktəb layihələri ən yaxşı layihələrdəndir. Həm Ağdam, həm də Şuşa məktəbi özünün müasirliyi, arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş