Sürüşən yoldan yeni xəbər var - <font color=red> FOTOLAR</font>

Xəbərlər

05.02.2020 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Anar Nəcəfli: “Ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir”

 

Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri davam etdirilir. Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub ki, onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb.

 

Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Bildirib ki, svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib.

 

“Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir. Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular da atılacaq”, - Nəcəfli deyib.

 

Onun sözlərinə görə, növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək: “Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək. Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub”.

 

Qeyd edək ki, bir müddət əvvəl sözügedən yolda sürüşmə baş vermiş, yol bağlanmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş