Sürücülər bu axşam diqqətli olsunlar

Xəbərlər

16.12.2019 - 17:28

Həkimlər Klinikalar SEO Xidməti

AAYDA yolda rənglənmə işləri aparacaq

 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək Azneft meydanından Su idmanı sarayına qədər olan hissədə, hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib. Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş