Hakimiyyət beynəlxalq məhkəmələrə şikayət etməyə hazırlaşır
Suriyanın yeni hökuməti İrandan Suriyanın keçmiş Prezidenti Bəşər Əsədə verdiyi dəstəyə görə 300 milyard dollar təzminat ödəməsini tələb edəcək. Hakimiyyət beynəlxalq məhkəmələrə şikayət etməyə hazırlaşır.
AYNA xarici mediaya istinadən xəbər verir ki, “yeni administrasiya İranın suriyalılara və Suriya infrastrukturuna qarşı siyasətinə görə 300 milyard dollar təzminat ödəməsi tələbini özündə əks etdirən iddia sənədinin hazırlanması üzərində işləyir”.
Suriya hakimiyyəti hesab edir ki, Tehran suriyalılara qarşı “cinayətkar və özbaşına hərəkətlər” edib və üsyançılara qarşı “qərəzli” olub, Əsədlə iş görməyə üstünlük verib.
Hazırda Suriya ilə İran arasında diplomatik təmasların olmadığı da qeyd edilir.