Suriyada prezident seçkiləri keçiriləcək

Dünya

18.04.2021 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

Namizədlər aprelin 19-dan etibarən namizədliklərini irəli sürə bilərlər

 

Suriyada keçiriləcək prezident seçkilərinin vaxtı məlum olub. AYNA “RİA Novosti”yə istinadən bildirir  ki, Suriya Xalq Şurası (Parlamenti) seçkilərin mayın 26-da keçirilməsi barədə qərar qəbul edib.

 

Xaricdə yaşayan Suriya vətəndaşları üçün isə seçkilər mayın 20-də ölkənin diplomatik nümayəndəliklərində baş tutacaq.

 

Prezident seçkilərinə qatılmaq istəyən namizədlər aprelin 19-dan etibarən namizədliklərini irəli sürə bilərlər.

 

Qeyd edək ki, Suriyada 10 ildir ki, vətəndaş müharibəsidir. Ölkənin hazırkı Prezidenti Bəşər Əsəddir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş