Suriyada atəşkəs müddəti 15 gün uzadılıb

Dünya

25.01.2026 - 12:59

Qərar ABŞ-ın İŞİD üzvlərinin İraqdakı həbsxanalardan köçürülməsi ilə bağlı əməliyyatlarına dəstək məqsədi ilə verilib

Suriya keçid hökumətinə tabe olan Müdafiə Nazirliyi kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri” (SDF) koalisiyası ilə atəşkəsi 15 gün müddətinə uzadıldığını bəyan edib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, qərar yanvarın 25-də Bakı vaxtı ilə saat 00:00-dan qüvvəyə minib.

Müdafiə Nazirliyindən bildirilib ki, atəşkəsin uzadılması ABŞ-ın İŞİD üzvlərinin İraqdakı həbsxanalardan köçürülməsi ilə bağlı əməliyyatlarına dəstək məqsədi daşıyır.

Qeyd edək ki, yanvarın 18-də Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa kürd qüvvələri ilə yeni atəşkəs sazişini təsdiqləyib. Sənəddə ölkənin şimal-şərqində yerləşən Deyr-əz-Zor və Rakka əyalətlərinin respublikanın müvəqqəti hökumətinin tam nəzarəti altına keçəcəyi qeyd olunur. Həmçinin kürdlər tərəfindən Haseke əyalətində yaradılmış bütün mülki qurumların Suriya dövlətinin tərkibinə daxil ediləcəyi bildirilir. Suriya ordusu bölgədəki bütün sərhəd-keçid məntəqələrinin, eləcə də neft və qaz yataqlarının təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş