Ərazidə yerləşən Amerika bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib
Suriyanın Əl-Şaddada şəhərində ABŞ hərbi bazası yaxınlığında bir neçə güclü partlayış baş verib. AYNA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ hərbi bazası raket atəşinə tutula bilər.
Ərazidə yerləşən Amerika bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bundan əlavə, Suriyanın Deyr əz-Zor əyalətindəki Konoko neft-qaz yatağı yaxınlığındakı Amerika bazasında sirenlər səslənib. Telekanal hadisə ilə bağlı başqa təfərrüatlar vermir.