Onlar hücuma hazırlaşırmışlar
Suriyanın şimalında “Fərat qalxanı”, “Sülh çeşməsi” və “Zeytun budağı” bölgələrinə hücum etməyə hazırlaşdıqları məlum olan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrorçuları xain ambisiyalarına çatmamış zərərsizləşdirməyə davam edir: “Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh çeşməsi” bölgələrinə hücum etməyə hazırlaşdıqlarını təsbit etdikləri 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.