Kürd silahlı qrupları təyin olunmuş əraziləri tərk etməlidirlər
Suriya Müdafiə Nazirliyi cümə günü gecə hökumət qüvvələri ilə kürd qüvvələri arasında toqquşmaların davam etdiyi Hələbdə atəşkəs elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
"Yaşayış məntəqələrində yeni eskalasiyanın qarşısını almaq üçün Müdafiə Nazirliyi Hələb şəhərinin Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeid rayonları yaxınlığında saat 3:00-dan etibarən atəşkəs elan edir", - deyə bildirilib.
Vurğulanıb ki, kürd silahlı qrupları təyin olunmuş əraziləri tərk etməlidirlər.
Qeyd edək ki, bu həftə Hələbdə Suriya hökumət qüvvələri ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında yenidən toqquşmalar baş verib.