Suraxanıda birmərtəbəli ev yanıb

Hadisə

14.03.2024 - 02:42

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az