Sumqayıtda yaşayış binasında yanğın olub

Hadisə

16.01.2025 - 21:56

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Sumqayıt şəhərində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, bir dam altında tikilən ümumi sahəsi 300 m² olan birmərtəbəli kommunal tipli yaşayış binasında sahəsi 40 m² olan 2 otaqlı mənzilin bir otağının tavanı, ev əşyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Mənzilin qalan hissəsi və bitişik olan mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş