Sumqayıtda naməlum kişi cəsədi aşkarlanıb

Xəbərlər

05.10.2021 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

İlkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayıb

Sumqayıt şəhərinin Novxanı bağlar massivində 60-70 yaşlarında boyu 163 santimetr olan naməlum kişi cəsədi aşkarlanıb.

Daxili İşlər Nazirliyinın (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, aparılan ilkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayıb.

Şəkli təqdim olunan həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinın 102 - Xidməti Zəng Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə (012) 654-02-022 və (055 730-85-77) nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş