Sumqayıtda mənzildə meyit aşkarlanıb

Xəbərlər

03.02.2026 - 20:08

Meyit aidiyyəti üzrə təhvil verilib

Sumqayıtda evdə meyit aşkarlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş