Sumqayıtda gənc oğlanla qızın qarajda meyiti tapılıb

Hadisə

09.07.2021 - 19:32

Həkimlər Klinikalar SEO Xidməti

Gənclərin ölüm səbəbləri araşdırılır

 

Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

 

Belə ki, ərazidə olan qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini 1997-ci il təvəllüdlü Məmmədov Vahid İntiqam oğlu və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1991-ci il təvəllüdlü Mahmudova Jasmina Hüseyn qızı ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Gənclərin ölüm səbəbləri araşdırılır.

 

Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilir. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb. V.Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş