Deputat: “İnsanlar haqlı nazarılıq edirlər”
Milli Məclisin bu gün keçirilən iclasında Sumqayıt şəhərinin ekoloji problemi məsələsi gündəmə gətirilib. AYNA xəbər verir ki, deputat Müşfiq Məmmədli çıxış edərkən bildirib ki, Sumqayıt iqtisadi cəhətdən inkişaf edir, amma şəhərdə ekoloji problemlər də çoxalır.
O, qeyd edib ki, Prezident İlham Əliyevin Sumqayıta diqqəti böyükdür: “Şəhər inkişaf edən bölgəyə çevrilib, lakin bir sıra problemlər də qalır. Bu gün Sumqayıtda məişət tullantıları böyük ekoloji problemlərə gətirib çıxarıb. İnsanlar haqlı nazarılıq edirlər. Düşünürəm ki, şəhərin ekoloji durumunu düzəltmək üçün tullantıların emal edilməsi zavodu yaradılmalıdır. Bununla vəziyyəti yoluna qoya bilərik”.