Sumqayıtda şəhər sakinlərindən birinə məxsus avtomobil qaçırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, zərərçəkən polisə müraciət edərək gecə saatlarında “Volkswagen” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.
Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E. Bəbirov müəyyən edilərək saxlanılıb, avtomobil sahibinə qaytarılıb.
Araşdırma aparılır.