Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcək
Sumqayıt şəhərində ağac kəsilməsi faktı üzə prosessual araşdırma aparılır. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Bildirilib ki, şəhərin Nəsimi parkında yaşıllıq sahədə ağacların kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilib.
Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcək.