Sumqayıtda 14 yaşlı uşaq dənizdə qıcolmadan ölüb

Xəbərlər

21.07.2025 - 19:49

Sumqayıtda faciəvi hadisə baş verib. AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, 2011-ci il təvəllüdlü Məcidov Azər dənizdə çimərkən qəfil qıcolma (epileptik tutma) keçirib.

Hadisə şahidlərinin bildirdiyinə görə, azyaşlı suya girdikdən dərhal sonra epileptik tutmaya məruz qalıb və huşunu itirib. Yaxınları dərhal kömək göstərərək onu xəstəxanaya çatdırıblar.

 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş