Sumqayıt sakini olan 59 yaşlı qadın itkin düşüb - <font color=red> FOTO</font>

Xəbərlər

11.02.2021 - 12:17

Həkimlər Klinikalar SEO Xidməti

Təranə Bəylərova ötən il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb

 

Sumqayıt şəhərində yaşayan 1962-ci il təvəllüdlü Təranə Bəylərova 2020-ci il dekabrın 20-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. AYNA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, evdən çıxarkən əynində göy rəngli qış gödəkcəsi, qara şalvar, ayağında çəkələk olub.

 

Onun əlamətləri belədir: boyu təxminən 150 sm, ağ qısa saçlı, arıq bədən quruluşlu, gözləri şabalıdı rənglidir.

 

Şəkildə gördüyünüz qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+994 18) 654-02-02 şəhər və (055) 277-20-07 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş