"Bu gün müşahidə edilən gecikməyə naqillərin oğurlanması səbəb olub"
Bak-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.
AYNA oxu.az-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.
Onun sözlərinə görə, bu gün müşahidə edilən gecikməyə naqillərin oğurlanması səbəb olub:
“Bu gün səhər saatlarında Baş Sumqayıt - 6-cı blok/post mənzilinin 50-ci kilometrində kontakt şəbəkəsində kontakt naqilləri kənar şəxslər tərəfindən oğurlanıb.
Hadisə nəticəsində Bak-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınıb”.
Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edir. Hadisə araşdırılır.