“Sülhməramlı missiya çox uğurla həyata keçirilir” - <font color=red> PREZİDENT</font>

Siyasət

18.12.2020 - 14:53

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Yalnız bir hadisə qeydə alınıb, hadisə bir gün ərzində həll edilib”

 

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən növbəti sammitində Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi barədə danışıb.

 

AYNA-nın xəbərinə görə, Prezident qeyd edib ki, müharibənin nəticələri artıq məlumdur: “Azərbaycan beynəlxalq səviyyədə qəbul edilmiş ərazilərimizin əhəmiyyətli hissəsini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə çaldı. Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin 80 faizi məhv edilib. Azərbaycan üçün bu, Vətən, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, qəsbkarlıq müharibəsidir”.

 

İ.Əliyev onu da qeyd edib ki, indiki Ermənistanı, onun indiki ordusunu Paşinyan yaratmayıb: “Biz məğlub etdiyimiz ordunu Sarkisyan və Koçaryan yaradıb”.

 

Azərbaycan lideri Rusiyanın Qarabağdakı sülhməramlı missiyası barədə də fikirlərini açıqlayıb: “Sülhməramlı missiya çox uğurla həyata keçirilir, Azərbaycan Respublikasının müvafiq strukturları ilə daim təmasdadır. Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasından bu yana yalnız bir hadisə qeydə alınıb. Buna da bizi Ermənistan hakimiyyəti tərəfindən idarə olunmayan qondarma qruplaşmalar təhrik edib. Hadisə bir gün ərzində həll edilib. Atəşkəsə əməl olunur və bu, hər gün get-gedə daha da güclənəcək”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş