Süd və süd məhsulları istehsal edən müəssisədə xoşagəlməz mənzərə

Hadisə

24.12.2019 - 18:03

Həkimlər Klinikalar SEO Xidməti

Beyləqanda fəaliyyət göstərən müəssisədə bir sıra nöqsanlar aşkarlanıb

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında, AQTA əməkdaşları Beyləqan rayonu Aşağı Çəmənli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Alıyev Rizvan Arzuman oğluna məxsus süd və süd məhsulları istehsal edən müəssisədə yoxlama keçiriblər.

 

Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə istehsal olunan məhsulların yağlılığını süni şəkilə artırmaq üçün bitki tərkibli “Sun 23” və “Sania” əmtəə nişanlı marqarin yağından istifadə olunduğu aşkarlanıb.

Ayna.az

Pin up casino Pin-up casino giriş