“NATO hazırda öz üzvlərinə qarşı Rusiya tərəfdən birbaşa hərbi təhlükə görmür”
“NATO hazırda öz üzvlərinə qarşı Rusiya tərəfdən birbaşa hərbi təhlükə görmür”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq deyib.
“Biz Alyansın hər hansı üzvünə qarşı Rusiyadan birbaşa hər hansı təhdid müşahidə etmirik”, - Stoltenberq vurğulayıb.
Baş katib deyib ki, müharibə başa çatdıqdan sonra Rusiya öz gücünü bərpa edə bilər: “Lakin bu o demək deyil ki, biz müttəfiq ölkələr üçün dərhal təhlükə görürük”.
Onun sözlərinə görə, NATO “dünyanın ən güclü hərbi ittifaqıdır”.
Daha əvvəl Stoltenberq bildirib ki, Alyans Ukraynadan tədarük olunan silahlardan “məsuliyyətlə” istifadə edəcəyini gözləyir.