Stadnik Azərbaycan güləş millisinin baş məşqçisi təyin edilib

İdman

23.02.2026 - 23:29

Rövşən Umudov və Solmaz Adilova da məşqçilər heyətinə qoşulublar

Azərbaycan idmançısı Mariya Stadnik 15 və 17 yaşadək qadınlardan ibarət Azərbaycan güləş komandalarının baş məşqçisi təyin edilib.

AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib. Qeyd olunub ki, bu təyinat milli komandaların yenidən qurulmasının bir hissəsidir.

Rövşən Umudov və Solmaz Adilova da məşqçilər heyətinə qoşulublar.

Toğrul Əsgərov böyüklər və 23 yaşadək komanda ilə işləməyə davam edəcək. Eləcə də 20 yaşadək komandanın baş məşqçisi vəzifəsini icra edəcək.

Bu komandanın məşqçilər heyətinə baş məşqçi Ağahüseyn Mustafayev və məşqçi Həsrət Məmmədyarov da daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş