“SpaceX” iki il ərzində Marsa beş kosmik gəmi göndərməyi planlaşdırır

Dünya

23.09.2024 - 16:08

Həkimlər Klinikalar SEO Xidməti

“Əgər onların hamısı təhlükəsiz yerə ensələr, dörd ildən sonra ekipaj uçuşları mümkün olacaq”

Amerikanın “SpaceX” şirkəti qarşıdakı iki il ərzində Marsa təxminən beş ekipajsız “Starship” kosmik gəmisini göndərməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask “X” sosial şəbəkəsində yazıb.

“Əgər onların hamısı təhlükəsiz yerə ensələr, dörd ildən sonra ekipaj uçuşları mümkün olacaq. Problem yaranarsa, ekipajın uçuşları daha iki il təxirə salınacaq”, - Mask yazıb.

Milyarder həmçinin “SpaceX” kosmik gəmilərinin “qırmızı planetə” uçuşlarının istehsalının və buraxılışının “eksponensial olaraq” artacağını proqnozlaşdırır: “Biz istəyirik ki, kosmik səyahətçi olmaq istəyən hər kəs Marsa gedə bilsin. Bu, siz, ailəniz və ya dostlarınız deməkdir - böyük bir macəra arzusunda olan hər kəs deməkdir. Nəhayət, Marsa minlərlə gəmi göndəriləcək və bu, möhtəşəm bir tamaşa olacaq. Təsəvvür edə bilərsinizmi?”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş